Moskvada bağlardan birinə Müslüm Maqomayevin adı verilib

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.

Bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.

Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.//Trend

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR