Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib

Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib
01:42 17 Yanvar 2018
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.
Ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın zöndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-binada-yangin-zamani-1-nefer-azyasli-tustuden-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR