“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm.
Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox
idi”.
Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin
“Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova
deyib.
Həmkarından söz açan sənətçi maraqlı açıqlamalar
verib:
“Mən onu təriflədikcə o, məni pisliyirdi. Ona görə də belə
fikirləşirəm ki, heç kim heç kimi pisləməsin. Vallah 5 günlük
dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram
bitdikdən sonra, telekanalın sədrinin yanına gedib deyib ki,
neynirsən e bu verilişi, bağla getsin”.