“Keşlə” klubu 5 futbolçu və yeni məşqçi ilə müqavilə bağlayıb

“Keşlə” klubu 5 futbolçu və yeni məşqçi ilə müqavilə bağlayıb
17:32 17 Yanvar 2018
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ “Keşlə” klubu qış fasiləsində heyətinə cəlb etdiyi futbolçularla münasibətlərini rəsmiləşdirib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev, argentinalı orta xəttə oyunçusu Pablo Podio və hücumçu Vaqif Cavadovla altı aylıq müddətinə müqavilə bağlayıb.
Kamerunlu yarımmüdafiəçi Herve Tchami isə bir illik sözləşməyə imza atıb.
Bundan başqa "Keşlə"də yeni məşqçi fəailiyyətə başlayıb. Klubla Sergey Revut arasında müqavilə imzalanıb. S.Revut baş məşqçi Yuri Maksimovun köməkçisi vəzifəsində çalışacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kesle-klubu-5-futbolcu-ve-yeni-mesqci-ile-muqavile-baglayib-elave-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR