Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub
20:22 19 Yanvar 2018
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.
"Report" xəbər verir ki, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 31 komandanın qatıldığı yarışda 140 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Dörd gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.
Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib. Həlledici qarşılaşmalar günü 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Turnirin komanda hesabında DİN birinci yeri tutub. İkinci pillədə “Rabitə” İK qərarlaşdığı halda, “üçlüy”ü “Gilan” İK qapayıb. Birinciliyin qalibi adını qazanan Maqsud Xasmətov (49 kq), eyni zamanda yarışın ən texnikalı boksçusu seçilib.
Yarışın bütün mükafatçıları
49 kq
1. Maqsud Xasmətov (“Abşeron” BK)
2. Vüqar Hüseynov (Ağdam)
3. Afat Babayev (Siyəzən)
3. Tacəddin Məmmədov (MOİK)
52 kq
1. Əflatun Babayev (DİN)
2. Mirmehdi Mehdizadə (“Neftçi” İK)
3. Şirxan Məlikov (“Neftçi” İK)
3. Rüfət Fətullayev (“Abşeron” BK)
56 kq
1. Məhərrəm Məhərrəmzadə (DİN)
2. Ağasəlim Mustafazadə (“Qızıl Əlcək”)
3. Səbuhi Məmmədov (“Qızıl Əlcək”)
60 kq
1. Nurlan Səfərov (“Rabitə” İK)
2. Vaqif Bəşirov (“Rabitə” İK)
3. Elşən Cəbizadə (DİN)
3. Ceyhun Rüstəmov (Hacıqabul)
64 kq
1. Səbuhi Abışov (MOİK)
2. Məmmədəli İsmayılov (“Gilan” İK)
3. Kənan Davudov (“Qızıl Əlcək”)
3. Muxtar Fərzəliyev (“Rabitə” İK)
69 kq
1. Nicat Həsənov (“Qızıl Əlcək”)
2. Cahid Qurbanov (DİN)
3. Turan Sadıqov (“Gilan” İK)
3. Elçin Nuriyev (MOİK)
75 kq
1. Rəsul Rzayev (DİN)
2. Yunus Hümbətzadə (“Rabitə” İK)
3. Mirşərif Kazımzadə (Lənkəran)
3. Röyal Hüseynov (“Rabitə” İK)
81 kq
1. Zaur Musayev (“Rabitə” İK)
2. Məhəmmədhəbib İbrahimov (MOİK)
3. Rumid Qambayev (Şirvan)
3. Fuad Cəfərov (“Gilan” İK)
91 kq
1. İsmayıl Yaqubov (“Gilan” İK)
2. Murad Məmmədov (“Gilan” İK)
+91 kq
1. Vüqar Səmədov (“Neftçi” İK)
2. Elgün Nəsirli (“Gilan” İK)
3. Rahim Əhmədov (MOİK)
3. Vahid Balakişiyev (Sumqayıt)






Xəbərin orijinal ünvanı: https://report.az/komanda/genc-bokscular-arasinda-kecirilen-azerbaycan-birinciliyine-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR