"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilir.
*** 10:26
Bakı. 20 yanvar. REPORT.AZ/ Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub. “Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var.
Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Binada yaşayan sakinlər təxliyyə olunub.
*** 09:34
Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın başlayıb.
“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Səbail rayonu Neftçilər prospektində dördmərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun qarşısının alınması üçün tədbirlər görülür.








