Şəhid əsgərimiz dəfn olundu

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

Metbuat.az xəbər verir ki, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.//APA

Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib -FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR