Bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.
Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyini elan edilib.
Vəkil qeyd edilib ki, hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib.
Məhkəmənin növbəti vaxt yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, R.Ayxan iddia ərizisində qeyd edib ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.
Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.