Cəlilabadda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 128 m² olan tövlənin çardağının yanar konstruksiyaları 50 m² sahədə və 14 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qışa hazırlıq: SÜRÜCÜLƏR, OXUYUN! - Soyuq havalarda bunu etməyin - Oxumaq üçün tıkla