Qış transfer pəncərəsinin açılışı və transfer qadağasının bitməsi “Keşlə” komandası üçün düşərli olub.
Publika.az xəbər verir ki, paytaxt klubu heyətini gücləndirmək məqsədilə daha iki futbolçu ilə müqavilə bağlayıb.
Yamaykalı Andre Klennon və qambiyalı Ebrima Sohna Yuri Maksimovun heyətinə cəlb edilib. Hər iki futbolçu bu mövsümün sonunadək “Keşlə”də çıxış edəcək. məlumat üçün bildirək ki, Ebrima Sohna vaxtilə "Çelsi"nin yarımmüdafiəçisi olub.
Qeyd edək ki, "Keşlə" bu mövsüm Kamran Ağayev, Məqsəd İsayev, Herve Tçami, Pablo Podio, Nemanya Stoyanoviç və Vaqif Cavadovla müqavilə imzalayıb.
Zümrüd