Bakı. 26 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yanvarın 27-dən fevralın 3-dək Türkiyənin Antalya bölgəsində baş tutacaq təlim-məşq toplanışı üçün 24 oyunçuya dəvət göndərib. Onlardan 11-i "Qarabağ"da çıxış edir, 1-i isə legionerdir. 45 yaşlı mütəxəssisin bu posta təyinatından sonra tərtib etdiyi ilk siyahıda aşağıdakı futbolçular yer alıblar:
AD, SOYAD KLUB Qara Qarayev Qarabağ Maksim Medvedev Qarabağ Əfran İsmayılov Qarabağ Rahid Əmirquliyev Qarabağ Mahir Mədətov Qarabağ Ramil Şeydayev Qarabağ Elvin Yunuszadə Qarabağ Coşqun Diniyev Qarabağ Abbas Hüseynov Qarabağ Şahrudin Məhəmmədəliyev Qarabağ Riçard Almeyda Qarabağ Kamran Ağayev Keşlə Ruslan Abışov Neftçi Rəhman Hacıyev Neftçi Məhəmməd Mirzəbəyov Neftçi Emin Mahmudov Neftçi Rəşad Əzizli Neftçi Anton Krivotsyuk Neftçi Cavid Hüseynov Qəbələ Ruslan Qurbanov Qəbələ Təmkin Xəlilzadə Qəbələ Cavid İmamverdiyev Sumqayıt Bəhlul Mustafazadə Sumqayıt Pavel Paşayev Oleksandriya (Ukrayna)
Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. Mardan stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.