Azərbaycanda ali məktəblərin rektorların bir çoxunun fəaliyyət müddəti 10 ildən çoxdur. Amma son illərdə yeni təyinatlar sayəsində cəmir 1-2 ildir bu vəzifəni icra edənlər də var.
Publika.az xəbər verir ki, Təhsil Eksperti Kamran Əsədov Azərbaycan ali təhsil müəssisələrində rektorların yaşları və bu vəzifədə olma müddətlərinin siyahısını hazırlayıb. Siyahıdan məlum olur ki, ölkədə ən gənc rektor İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, ən yaşlı rektor Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
Ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri, onların rektorları, yaşları, rektorluq müddətləri:
1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa
Baba oğlu Babanlı. 50 yaş. 2015-ci ildən. 3 ildir.
2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası. Rektor Urxan Kazım oğlu Ələkbərov. 75 yaş. 2011-ci
ildən. 7 ildir.
3) Azərbaycan Tibb Universiteti. Rektor Gəraybəyli Gəray Çingiz
oğlu. 51 yaş. 2016-cı ildən. 2 ildir.
4) Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Cəlal oğlu
Muradov. 56 yaş 2014-cü ildən. 4 ildir.
5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor
Fərəh Şirməmməd qızı Əliyeva. 57 yaş. 2014-cü ildən. 4 ildir.
6) Azərbaycan Dillər Universiteti. Rektor Abdullayev Kamal Mehdi
oğlu.68 yaş. Bakı Slavyan Universitetinin rektoru (2000-2014),
2017-ci ildən. 1 ildir. (Ümumi 15 ildir rektordur)
7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor
Fuad Hacıyev. 64 yaş. 2015-ci ildən. 3 ildir.
8)Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Həsən oğlu
Cəfərov. 62 yaş. 2013-cü ildən. 5 ildir.
9) Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor Gülçöhrə
Məmmədova.65 yaş. 1999-cu ildən. 19 ildir.
10) ADA Universiteti. Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev.77 yaş.
2006-cı ildən. 12 ildir.
11) Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham İsa
oğlu Mədətov. 66 yaş. 2017-ci ildən. 1 ildir.
12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Həsən oğlu
Eldarov. 91 yaş. 2000-ci ildən. 18 ildir.
13) Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Əşrəf oğlu
Kərimi. 64 yaş. 2001-ci ildən. 17 ildir.
14) Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Məmməd
oğlu Cəfərov. 58 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan
Turizm və Menecment Universitetinin rektoru) Ümumi 12 ildir.
15) Bakı Dövlət Universiteti. Rektor Abel Məmmədəli oğlu
Məhərrəmov. 68 yaş. 1999-cu ildən. 19 ildir.
16) Bakı Ali Neft Məktəbi. Rektor Qasımov Elmar Eldar oğlu.45 yaş.
2012-ci ildən. 6 ildir.
17) Bakı Mühəndislik Universiteti. Rektor Məmmədov Havar Əmir oğlu.
73 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki
Universitetinin,2016-2017-Qafqaz Universitetinin rektoru). Ümumi 18
il.
18) Bakı Slavyan Universiteti. Rektor Əliyeva Nurlana Müzəffər
qızı.72 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə zərbaycan Dövlət
Pedaqoji Kollecinin direktoru). 2 ildir.
19) Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli.
71 yaş. 1991-ci ildən. 27 ildir.
20) Bakı Xoreoqrafiya Akademiyası. Rektor Əfəndiyev Timuçin İlyas
oğlu. 73 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə
31 ildir.
21) Milli Aviasiya Akademiyası. Rektor Arif Mir Cəlal oğlu Paşayev.
84 yaş. 1996-cı ildən. 22 ildir.
22) Gəncə Dövlət Universiteti. Rektor Yusifov Yusif Əmiralı oğlu.
67 yaş. 2014- cü ildən. 4 ildir.
23) Naxçıvan Dövlət Universiteti. Rektor Məhərrəmov Saleh Heydər
oğlu. 53 yaş. 2013-cü ildən. 5 ildir.
24) Sumqayıt Dövlət Universiteti. Rektor Hüseynov Elxan Bahadur
oğlu. 70 yaş. 2014-cü ildən. 4 ildir.
25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı.
Rektor Paşayeva Nərgiz Arif qızı. 56 yaş. 2008-ci ildən. 10
ildir.
26) İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
Bakı filialı. Rektor Əziz Cəmil oğlu Əliyev. 43 yaş. 2015-ci ildən.
3 ildir.
27) Azərbaycan Texnologiya Universiteti. Rektor Süleymanov Akif
Şamil oğlu. 67 yaş. 2013-cü ildən. 5 ildir.