Türkiyənin “Duymayan kalmasın” proqramının aparıcı Seren Serengili həbs gözləyir.
Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması haqqında onun əleyhinə sözlər işlətdiyi üçün cəzaya məhkum olunub. Belə ki, Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarına hörmətsizlik etdiyi üçün məhkəmə qərarı ilə 3 gün həbsdə qalmalıdır. Həmin vaxtlarda onun verilişini Demet Akalın əvəzləyəvcək.
Xatırladaq ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etmiş və onun əleyhinə qeyri-etik ifadələr səsləndirmişdi.
| "Eynəyimi 500 dollara almışam" - Elza
Seyidcahan / VİDEO - Oxumaq üçün tıkla |