Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Metbuat.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 kv.m sahədə yanıb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla