Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı Vatikana səfərindən sonra Braziliya, Paraqvay və Venesuelaya getməyi planlaşdırırdı.

Latın Amerikasına səfərin ləğv edilmə səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, R.T.Ərdoğan fevralın 5-də Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək.

Milli.Az