Yığmamız Balakəndə hazırlıq keçəcək

1-16 fevral tarixlərində gənc boksçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Balakəndə keçiriləcək hazırlıqda 17 idmançı iştirak edəcək.

Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, baş məşqçi Vaqif Şirinov toplanışa Maqsud Xasmetov, Vüqar Hüseynov (hər ikisi 49 kq), Əflatun Babayev, Mirmehdi Mehdizadə, Həsən İbrahimov (hər üçü 52 kq), Məhərrəm Məhərrəmzadə, Amid Əlizadə (hər ikisi 56 kq), Nurlan Səfərov, Elşən Cəbizadə (hər ikisi 60 kq), Səbuhi Abışov, Səlim Səlimov (hər ikisi 64 kq), Nicat Həsənov, Cavid Qurbanov (hər ikisi 69 kq), Rəsul Rzayev (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədovu (+91 kq) dəvət edib.

Məşqlər Balakən Olimpiya İdman Kompleksində baş tutacaq. Yığma 16 günlük toplanışda ümumi və fiziki hazırlıq üzərində çalışacaq.

Komandamız Balakənə bu gün axşam yollanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR