Bakı. 1 fevral. REPORT.AZ/ Yaponiyanın Sapporo şəhərində yerləşən qocalar evində yanğın zamanı 11 nəfər həyatını itirib. “Report” yerli NHK telekanalına istinadən xəbər verir ki, binada 16 nəfər olub. Onlardan 5 nəfəri xilas edilib. Ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Yanğının səbəbləri hələ ki, bilinmir.