​“Bu məlumatı oxusanız, PUL QAZANACAQSINIZ”

Sosial şəbəkələr vasitəsilə yayılan viruslaradan yəqin ki, çoxlarınızın xəbəri var.

“Bunu oxuyun, 100 milyon qazanacaqsınız”, yaxud “Bura tıklayın, məlumat əldə edəcəksiniz” və s. başlığı ilə sosial şəbəkədə paylaşılan, yaxud da inboksa göndərilən bu kimi linklərə tıklamaq təhlükəli hesab edilir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, aldadıcı, şirnikləndirici mesaj başlıqları altında insanlara göndərilən proqramlar zərərvericidir:

“Şəkil və video formatda göndərilən viruslar insanların şəxsi məlumatlarının ələ keçirilməsi və kompüterin sıradan çıxarılması üçün nəzərdə tutulur. Bunların bəziləri konkret kiməsə qarşı məqsədyönlü şəkildə edilir. Yaxud da müəyyən qrup, şəxslər tərəfindən həvəskar formada həyata keçirilir. Bu kimi viruslar müxtəlif məqsədlər üçün göndərilə bilər. Düşünürəm ki, aidiyyəti qurumlar bununla bağlı daim ayıq-sayıq olmalıdırlar. Vətəndaşlarımız şirnikləndirici, şübhəli proqramlara daxil olmamalı, gözləmədiyi şəxsdən gələn videolara tıklamamalı, elementar internet təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kartınızda qalan qalıq pullar - Kartla birlikdə YANACAQ! – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR