Xalq artisti Könül Xasıyeva solo konsertə hazırlaşır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin tədbiri Heydər Əliyev Sarayında keçiriləcək. Martın 16-na planlaşdırılan konsert "Qayıt, nə olar" adlanır.
Konsert xanəndənin yubileyinə həsr olunacaq.
Qeyd edək ki, K.Xasıyeva tədbirin aparıcılığını Hacı Nuran Hüseynova həvalə edəcəyini bildirmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində