Digər matçda isə paytaxtın iki komandası - "Neftçi" və "İnter" münasibətlərinə aydınlıq gətirəcəklər. "Bakcell Arena"da keçiriləcək paytaxt derbisi hər iki komanda üçün əhəmiyyət daşıyır. Premyer Liqanın turnir cədvəlində münasib olaraq 1 xal fərqi ilə 2 və 3-cü yerləri bölüşdürən "İnter" və "Neftçi" kubokda yoluna davam etməyə çalışacaq. "Neftçi" yarımfinala qədər "Qaradağ Lökbatan"ı (3:0) və AZAL-ı (0:0, 1:0), "İnter" isə "Şahdağ" (3:0) və "Xəzər Lənkəran"ı (2:0, 3:0) yolundan kənarlaşdırıb.
Yarımfinal görüşlərini maraqlı edən amillərdən biri də baş məşqçilərlə bağlıdır. Hər iki görüşdə azərbaycanlı mütəxəssislər gürcüstanlı həmkarlarına qarşı meydana çıxacaqlar. "Neftçi" və "Qarabağ" komandalarının baş məşqçiləri Arif Əsədov və Qurban Qurbanov yerlidir. "İnter" və "Simurq"da bu vəzifəni əcnəbilər icra edir - Kaxaber Tsxadadze və Georgi Çixradze.
13 aprel (bazar ertəsi)
18:00. "Qarabağ" – "Simurq"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
"İnter Arena".
19:00. "Neftçi" – "İnter"
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
"Bakcell Arena".
Qeyd edək ki, cavab görüşləri aprelin 21-də keçiriləcək.