Bir müddət futbol üzrə milli komandamızın əsas qapıçısı Kamran Ağayevlə sevgili olması ilə gündəmə gələn müğənni Əminə Şirinqızı aparıcılıq edəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Meloman" adlanan proqram həftə içi beş gün, "Space" TV-də yayımlanacaq.
Verilişdə aparıcıdan əlavə, üç jurnalist və digər qonaqlar yer alacaq.
Qeyd edək ki, Əminə Şirinqızı həm də "W-trio" qrupunun keçmiş solistidir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində