Ağacın altından gələn səsə tərəf getdi, gördüklərindən dəhşətə gəldi

Bu ilin fevral ayında Tailandda baş vermiş bu hadisə eşidənlərin tüklərini ürpərdir.

Metbuat.az bizimyol-a istinadən xəbər verir ki, evdar qadın həyətdə iş görərkən evinin arxa tərəfindən gələn qəribə səslər diqqətini çəkib. Səs evin arxasındakı ağac tərəfdən gəlirdi. Qadın getdikcə şiddətlənən uşaq ağlamasını eşidir, ətrafa boylanırdı. Birdən gözü torpağın altından çıxan körpə ayağına sataşdı. O dərhal polis çağırdı və yeri qazmağa başladılar.

Gördükləri onları dəhşətə gətirdi. Torpağın altına diri-diri basdırılmış körpə möcüzə nəticəsində sağ qalmışdı, gücü yetdikcə də qışqırıb ağlayırdı. Uşağın bədəni bıçaq yaraları ilə dəlik-deşik olmuşdu. Kimsə onu öldürmək məqsədilə yaralamış, elə diri-diri də basdırıb qaçmışdı.

İnsan vəhşiliyinin bəzən həddi-hüdudu olmur. Xoşbəxtlikdn həyata ikinci dəfə gələn körpəyə yaxşı bir ailə sahib çıxıb. İndi o, bütün yaşıdları kimi gülümsəyə bilir, ailəsinə səadət bəxş edir.

“İlahi... insanlar getdiyim Həccə kimi söydülər” - Elməddin Cəfərovla MÜSAHİBƏ/ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR