Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XV turun oyunları iki gündə keçiriləcək.

III dövrənin ilk oyun günündə turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan 4 komanda üz-üzə gələcək.

2018-ci ilin açılış matçı Zirədə keçiriləcək. Ayxan Abbasovun çalışdırdığı eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək. Turnir cədvəlindəki qonşular avrokuboklara vəsiqələr uğrunda mübarizədə xal hesablarını artırmağa çalışacaq. "Zirə" liderlərdən uzaq düşməmək üçün mütləq qalib gəlməlidi. Paytaxt təmsilçisi ən azı bir neçə saatlıq 2-ci pilləyə də yüksəlmək imkanına malikdi. Samir Abasovun yetirmələri isə daha çox rəqibinə yaxınlaşmağı, öz izləyiciləri ilə fərqin azalmamasını düşünür.

Təkcə turun deyil, ümumilikdə III dövrənin mərkəzi qarşılaşması da 2018-ci ilin ilk oyun gününə təsadüf edəcək. Ötən mövsümü ilk iki pillədə başa vuran, hazırda da hamıdan öndə qərarlaşan "Qarabağ"la "Qəbələ" "Azərsun Arena"da üz-üzə gələcək. Ağdam təmsilçisi qalib gəlsə, növbəti çempionluğuna doğru böyük addım atmış olacaq. Əsas rəqibi ilə xal fərqinin 9-a çatması Qurban Qurbanovun komandasına qızıl medal uğrunda mübarizədə böyük üstünlük verəcək. "Qəbələ" isə buna yol verməmək üçün ən azı 1 xal qazanmalıdı. Roman Qriqorçukun yetirmələrinin səfər qələbəsi isə Premyer Liqada intriqanı daha da artıracaq.

Azərbaycan Premyer Liqası

XV tur
10 fevral (şənbə)

"Qarabağ" - "Qəbələ" - 0:0
İlk iki dövrədəki oyunlar: 2:1, 0:1

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
"Azərsun Arena"

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev, 14. Rəşad Sadıqov (k), 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone
Baş məşqçi: Roman Qriqorçuk

"Zirə" - "Sumqayıt" - 1:1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35

İlk iki dövrədəki oyunlar: 3:1, 1:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Zirə": 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 8. Milan Duriç, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 11. Viktor İqbekoyi
Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov,
Baş məşqçi: Samir Abasov

Turnir cədvəli

1.

Qarabağ

14

12

1

1

25-6

37

2.

Qəbələ

14

10

1

3

28-14

31

3.

Zirə

14

9

3

2

23-11

30

4.

Sumqayıt

14

6

2

6

17-17

20

5.

Neftçi

14

5

1

8

17-16

16

6

Səbail

14

4

1

9

9-21

13

7.

Keşlə

14

2

2

10

9-24

8

8.

Kəpəz

14

2

1

11

10-29

7

Bombardir: Baqali Dabo ("Qəbələ") - 9.

Milli.Az

"Qarabağ" "Qəbələ"yə qarşı - YENİLƏNİR