Təyyarədə 140-a yaxın vətəndaş olub, onları Yəməndən Cibutiyə RF Hərbi-Dəniz Donanmasına məxsus "Priazovye" gəmisi gətirib.
Tu-154 təyyarəsi Moskvaya Rusiya, Ukrayna, Yəmən, Estoniya, Özbəkistan, Türkmənistan, Belarus, Somali və 6 Azərbaycan vətəndaşını gətirib.
Yəməndən gələnlər tibbi yoxlamadan, pasport və gömrük nəzarətindən keçiriləcək, daha sonra onlar avtobuslarla Rusiya Xarici İşlər Nazirliyinin təxliyə məntəqəsinə aparılacaqlar. XİN-də artıq onları xarici dövlətlərin nümayəndələri gözləyir, yoluna davam edənləri isə Moskva hava limanlarına apacaqlar.