Qəzaya uğrayan sərnişin təyyarəsində azərbaycanlı şəxsin ölümü

Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: "Ulrich Klaeui — İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov - Azərbaycan Respublikasınını vətəndaşı".

Qeyd edək ki, ötən gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Bayılda sürüşmə anı kameraya düşdü - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR