Türkiyənin Konya şəhərində tərk edilən kişi həyat yoldaşına əsəbiləşərək kirayə qaldığı evi yandırıb.
Metbuat.az xəbər verir ki, yanğın Selçuklu rayonu Rauf Denktaş küçəsində yerləşən binada baş verib.
Mənzildən alovlar yüksəldiyini görən bina sakinləri polis və xilasetmə briqadasını çağırıb.
İddialara görə, binanın 8-ci mərtəbəsində qalan Y.T adlı şəxs həyat yoldaşı tərəfindən tərk edildiyi üçün mənzili yandıraraq qaçıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Aysel Yaqubqızı / Metbuat.az