Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər.

Metbuat.az-ın məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yoxlamaların sayının azaldılması nəzarət sisteminin zəifləməsi demək deyil: “Müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risklərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyicisi ilə təmas qurulacaq və risklərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır”.

Azərbaycanın xalq artisti vəfat etdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR