Vasif Məhərrəmli gənclik illərində əməkdar artist Elza Seyidcahana aşiq olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, müğənni ARB TV-nin
“Səhər-Səhər” verlişinin növbəti qonağı olub. O, verilişdəElza
Seyidcahana olan sevgisindən danışıb:
“Elzanı dəli kimi sevməmişəm amma sevmişəm. Elza xanım tək mənim
yox, konservatoria oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın
xoşuna gəlirdi. Ona ürəklərində qəlblərində ona qarşı sevgi var
idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı
deyim ki, Elza xanım çox ağır xanım idi. İndi biraz şıltaqlığı ola
bilər amma o vaxtı kimsə ilə söhbət etdiyini belə mən görməmişəm.
Ancaq dərsə gələrdi, ancaq dərsdən gedərdi belə. Mən də
qıraqdan-qırağa onu seyr edərdim”.
Vasif Məhərrəmli sevgisini bu yaxınlarda etiraf etdiyini qeyd
edib:
“O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal
qarşıladı. İndi mən olmuşam yalan indi özü hər yerdə deyir ki,
Vasif məni sevir”.