Bəstəkar-müğənni Murad Arif “APA TV”-nin “Show time” verilişinin qonağı olub.
Metbuat.az-ın məlumatına görə, ifaçı bir müddət əvvəl ona qarşı olunan dələduzluq hadisəsindən danışıb:
“Məndən toy vasitəçiləri el şənliklərində iştirakım üçün qonorarımı soruşurlar, mən də müəyyən bir qiymət deyirəm və onlar da o qiymətlə razılaşırlar. Daha sonra o qiymət adı ilə toyu yaxşı, məsuliyyətlə icra edib, evimə dönürəm. Amma üstündən bir neçə ay sonra məlum olur ki, ortada olan vasitəçi 3 manatın üstünə 10 da qoyub, toy yiyəsinə deyib. Mən vasitəçilərə onsuz da öz halal 10%-imi verirəm. Buradan məni toylarında, el şənliklərində görmək istəyənlərə demək istəyirəm ki, məni tapmaq çox asandır. Mənim “İnstagram”, “Facebook” hesablarım daim aktivdir. Bundan başqa menecerimlə əlaqə saxlaya bilərsiniz. Məni aldadan vasitəçi ilə bağlı da tədbir görmədim. Halal xoşu olsun. O insan öz vicdanı qarşısında cavab versin. Hər şeyin bir miqdarı var.
Vasif Məhərrəmli: "Tələbə vaxtı Elza Seyidcahanı
sevirdim” - "Çox ağır qız idi" - Oxumaq üçün tıkla |