"Çelsi" və "Lester" 1/4 finalda

İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib.

Metbuat.az apasport.az-a istinadən xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutub.

"Lester" öz meydanında "Şeffild Yunayted"i Ceymi Vardinin yeganə qolu sayəsində məğlub edib. Digər görüşdə isə "Çelsi" "Hall Siti"yə çətinlik çəkmədən qalib gəlib - 4:0.

Bu qələbə sayəsində "Çelsi" və "Lester" adlarını 1/4 final mərhələsinə yazdırıblar.

"Lester" - "Şeffild Yunayted" - 1:0

Qol: Vardi, 66

"Çelsi" - "Hall Siti" - 4:0

Qollar: Villian, 2, 32; Pedro, 27; Jiru, 42

Qeyd edək ki, mərhələnin digər oyunları fevralın 17-18-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR