Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun daha iki görüşü keçiriləcək.

Autsayderlər "Keşlə" və "Kəpəz" ikinci oyun gününə start verəcək. Mövsümün ilk yarısında iki dəfə Bakıda üz-üzə gələn komandalar bu dəfə Gəncədə qarşılaşacaq. Qərblilər 5 matçlıq məğlubiyyət seriyasına son qoymağa, Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını qazanmağa iddialıdı. Gəncə təmsilçisi qələbə ilə son pillədən də qurtula bilər. Yuri Maksimovun baş məşqçiliyi dövründə ilk səfərə çıxan paytaxt klubu qələbəsiz oyunlar seriyasını qırmağa köklənib. 11 görüşdü qalib gəlməyən "Keşlə" sonuncu pillədən uzaqlaşmaq, "Səbail"lə fərqi azaltmaq niyyətindədi.

Sonuncular isə çempionatın lideri "Qarabağ"ı qəbul edəcək. Rəqibi ilə əvvəlki oyunlarda həm qola, həm xala həsrət qalan Samir Əliyevin komandası sensasiyaya imza atmaq əzmindədi. 4 oyunluq qələbəsizliyə son vermək üçün meydana çıxacaq bakılılar autsayderlərdən uzaqlaşmaq üçün xal qazanmağa borcludu. Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı səfərdə davam etdirməyə çalışacaq. İzləyiciləri ilə fərqin azalmaması üçün ağdamlılar debütanta xal verməməlidi.

Azərbaycan Premyer Liqası

XV tur

18 fevral (bazar)

"Səbail" - "Qarabağ" - 0:1

Qol: Mahir Mədətov, 51
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bayıl Arena"

"Səbail": 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxit Orazsaxedov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 66. Pərviz Qaraxanov, 13. Faruk Miya, 99. Maudo Jarjue, 20. Eltun Yaqublu
Baş məşqçi: Samir Əliyev

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

"Kəpəz" - "Keşlə" - 0:1

Qol: Fuad Bayramov, 51
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

"Kəpəz": 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Frederiko, 16. Giuli Mandjqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao Souza, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 55. Tərlan Qasımzadə, 1. Davud Kərimi, 10. Tural Rzayev, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov

"Keşlə": 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 19. Pablo Podio, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

15

12

2

1

25-6

38

2

Qəbələ

16

11

2

3

30-15

35

3

Zirə

16

9

4

3

25-14

31

4

Sumqayıt

16

7

3

6

20-18

24

5

Neftçi

16

6

1

9

18-18

19

6

Səbail

15

4

2

9

10-22

14

7

Keşlə

15

2

3

10

10-25

9

8

Kəpəz

15

2

1

12

10-30

7

Bombardir: Baqali Dabo ("Qəbələ) - 10 qol

Milli.Az