Yenə "Qarabağ", yenə Mədətov

Yenə "Qarabağ", yenə Mədətov
12:18 19 Fevral 2018
91 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub.

Publika.az PFL-ə istinadən xəbər verir ki, qol XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib.

Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə qol yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub.

Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i isə qonaqların hesabındadır.

Maraqlıdır ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mahir isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. Mədətov 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/231697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR