ATV-nin məşhur aparıcıları və
modelyer Fəxriyyə Xələfova nümunəvi sayıla biləcək addım atıb.
Mətbuat.az xəbər verir ki, aparıcılar - Lalə Azərtaş, Ceyhun Səfərov, Sənan Şəfizadə, Mətanət Əliverdiyeva, Yusif Ağayev, Hacı Nuran və modelyer Fəxriyyə Xələfova telekanalın tanınmış əməkdaşı Bəxtiyar Fətullayevə dəstək kampaniyasına başlayıb. Məşhurlar jurnalistin Uşaq Serebral iflic Xəstəliyindən əziyyət çəkən 8 yaşlı oğlu - Hüseynin müalicəsinə dəstək məqsədilə videoçarx hazırlayıb və videonu özlərinin facebook və instaqram səhifələrində paylaşıblar. Onlar bütün xeyirxah insanları körpənin müalicəsi üçün səfərbər olmağa çağırıblar.
Kifayət qədər təsirli alınan videoçarxda Hüseynlə sağlam uşaqlar müqayisə edilib, onun da sağlam yaşamaq haqqına sahib olduğu diqqətə çatdırılıb.
Həmin videoçarxı təqdim edirik: