Anası oğurluq elədi, yerinə uşağı utandı

Mağazaya girib məhsullardan bəzilərini əlinə alan Suriyalı ana məhsulları sellofana doldurmağa başlayıb.

Metbuat.az "HaberTürk"ə istinadən bildirir ki, kiçik uşaq anasının etdiyindən utanıb əlləri ilə üzünü örtüb.

İzmirdə bir mağazada oğurluq edən qadının yanında olan uşağı anasının oğurluğundan utanaraq əlləriylə üzünü örtüb.

Təhlükəsizlik kameraları araşdırılarkən qadının daha əvvəl də mağazada oğurluq etdiyi müəyyən edilib.

Polis qadını saxlayıb.

Mağaza sahibi kiçik uşağa görə qadından şikayətçi olmayıb.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR