Bakı. 22 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunları üçün hakim təyinatları açıqlanıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
24 fevral (şənbə)
“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
“Bayıl Arena”, 16:00
“Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Bakcell Arena”, 18:00
25 fevral (bazar)
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
“Azersun Arena”, 18:00
“Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
“İnter Arena”, 15:00