Bakıda çoxmərtəbəli binada yanğın baş verib - 8 nəfər təxliyə edilib

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR