Dövlət qulluğuna qəbul olanlarla bağlı

Fevralın 18-də dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş 1537 namizəddən 174-ü ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmayıb.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 1363 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 453 nəfəri imtahandan uğurla keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş, lakin ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayan 174 nəfərin yalnız 13-ü (7.4%) imtahanda uğur qazanıb.

Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Neft ucuzlaşıb - SON QİYMƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)