ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti qonağı
Əməkdar artist Elza Seyidcahan olub.
Publika.az xəbər verir ki, müğənni onu
təkrarlamağa çalışanlara ismarış göndərib:
“Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o
insanlar necə gəliblərsə, elə də yadda qalıblar. Mən bundan sonra
nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır. Sizin
özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə
gəlmişiksə, elə qəbul olunmuşuq.
Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış
insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan
şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu
tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə
varsız, necə gəlmisiz, elə də yadda qalmısız”.
Əməkdar artist şou-biznesdə qorxu ilə yaranan hörmətdənsə,
sevgi ilə yaranan hörməti üstün tutmağı diqqətə
çatdırdı.
“Heç kəsə arzulamıram ki, sağlığında hamı gəlib onun əlindən öpsün,
baş əysin. Ancaq öldükdən sonra heç kim yad etməsin. Sağlığında ona
yaltaqlanan insanlar onun məzarı üstündə olmasınlar”.