Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, saxlanılanlar sorğu-sual olunurlar. Xatırladaq ki, hadisə fevralın 25-də baş verib. Hadisə zamanı 5 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Binada yanğının və partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib. Binanın birinci mərtəbəsində ərzaq mağazası fəaliyyət göstərib. Digər iki mərtəbədə isə mənzil yerləşib.
Milli.Az