Maaş artımı 240 min təhsil işçisinə şamil edilir - Təhsil Nazirliyi

Prezident İlham Əliyevin təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında verdiyi 28 fevral 2018-ci il tarixli sərəncamı 240 min təhsil işçisinə şamil edilir.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb:

"Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR