Parisdə daha bir “top atəşi”

Parisdə daha bir “top atəşi”
08:31 11 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyalı azarkeşlər UEFA-nın prezidenti Mişel Platininin evinə futbol topları atıblar.

ANS PRESS-in məlumatına görə, azarkeşlər bunu Portuqaliya yığmasının və İspaniyanın “Real Madrid” klubunun kapitanı Kriştianu Ronalduya dəstək məqsədi ilə etdiklərini deyiblər. Onlar UEFA başçısının ilin ən yaxşı oyunçusu adına Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunu deyil, Almaniya millisinin qapıçısı Manuel Noyeri layiq hesab etdiyinə görə hiddətlərini bu üsulla ifadə ediblər. Bu barədə AzərTAc xəbər yayıb.

Azarkeşlərin Platininin Paris ətrafında yerləşən evinə Ronaldunun keçən mövsümdə rəqib qapılarına vurduğu qolların sayı qədər - 61 top atdıqları bildirilir.

İlin ən yaxşı oyunçusuna “Qızıl top” mükafatı yanvarın 12-də Sürixdə təqdim olunacaq. Namizədlər arasında Ronaldu və Noyerdən başqa, Argentina yığmasının və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi də var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR