Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutacaq iki görüşün biri əyalətdə, digəri paytaxtda oynanılacaq.

Turun ikinci günü Qəbələdə başlayıb. Meydan sahibləri "Neftçi"ni sınağa çəkib. "Qarabağ"ın bir gün əvvəl büdrəməsi "Qəbələ"yə liderə bir qədər yaxınlaşmaq imkanı yaratmışdı. Bunun üçün Roman Qriqorçukun yetirmələri mövsümdə 3-cü dəfə rəqibini yenməli idi. Lakin "qırmızı-qaralar" nəinki qələbə qazana bilməyiblər, hətta məğlub olaraq, 2-ci yeri itirmək təhlükəsi ilə üzləşiblər. Son iki görüşdə qalib gələ bilməyən Tərlan Əhmədovun komandası həm bu uğursuz seriyaya son qoyub, həm də ilk "dördlüy"ə bir qədər yaxınlaşıb.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Bakıda keçirilən yeganə qarşılaşmada "Zirə" "Keşlə"ni sınağa çəkəcək. "Qəbələ"nin büdrəməsi "Zirə"yə ikinci yerdəki rəqibi ilə xal fərqini "əritmək" şansı yaradıb. 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı qırmağa, bununla da 2-ci pillədən uzaq düşmək təhlükəsindən qurtulmalıdı. Son 10 görüşdə meydanı qolsuz tərk etməyən zirəlilərin rəqibi bu il keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Son günlər istefası da müzakirə mövzusu olan Yuri Maksimovun postunda möhkəmlənmək üçün yetirmələrinin qələbə qazanması zəruridi.

Azərbaycan Premyer Liqası

XVIII tur

4 mart (bazar)

"Zirə" - "Keşlə" - 1:1

Qollar: Elşən Abdullayev, 28 - Tərlan Quliyev, 13

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə İdman Kompleksinin stadionu

"Zirə": 62. Abdulla Seyidəhmədov, 3. Jozef Bum, 4. Vüqar Mustafayev (k), 5. Adil Nağıyev, 8. Milan Duriç, 14. Tellur Mütəllimov, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 85. Kamal Bayramov, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 17.Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov

Məşqçi: Elnur Çodarov

"Keşlə": 15. Orxan Sadıqlı (k), 3. Denis Silva , 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 14. Andre Klennon, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

"Qəbələ" - "Neftçi" - 1:2

Qollar: Elvin Məmmədov, 33 - Mirabdulla Abbasov, 57; İqnasio Errera, 73

Qırmızı vərəqə: Yusif Nəbiyev, 83

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 6. Elvin Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov (k), 45. Famussa Kone , 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 77. Samir Qurbanov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 62. Faiq Hacıyev, 72. Kamran Quliyev

Baş məşqçi: Roman Qriqorçuk

"Neftçi": 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 11. İqnasio Errera, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Lukas Qomes, 20. Elnur Süleymanov, 26. Ömər Buludov, 12. Mayk Kampaz, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov

Baş məşqçi: Tərlan Əhmədov

Turnir cədvəli

1

Qarabağ

18

14

3

1

28-7

45

2

Qəbələ

18

11

2

5

32-19

35

3

Zirə

17

9

5

3

26-15

32

4

Sumqayıt

18

8

4

6

23-20

28

5

Neftçi

18

7

2

9

21-20

23

6

Səbail

18

5

2

11

13-26

17

7

Keşlə

17

3

3

11

12-27

12

8

Kəpəz

18

3

1

14

12-33

10

Bombardir: Baqali Dabo ("Qəbələ) - 11 qol

Milli.Az