Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.
Publika.az xəbər verir ki, siyahıda ümumilikdə, “Qarabağ”ın 12, "Qəbələ"nin 7, "Neftçi", "Zirə", "Səbail"in isə 1 futbolçusu yer alıb.
Çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedir. “Transfermarkt” "Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyub. Onu "Qarabağ"dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir - 1,5 milyon avro.
3-4-cü pillərlərdə də "Qarabağ"ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.
5-6-cı yerləri “Qarabağ”dan Miçel ilə “Qəbələ”dən Vitali Vernidub paylaşır - 900.000 avro.
Çempionlar Liqasında mövsümün ən çox seyv edən qapıçısı İbrahim Şehiçin (Qarabağ) 800.000 avro qiyməti var. Onun komanda yoldaşı Vild Donald Gerye də eyni qiymətdədir.
Siyahının 9-cu pilləsində “Qəbələ”dən Filip Ozobiç var - 800.000 avro. Onluğu “Qarabağ” azarkeşlərinin sevimlisi Yakub Rejniçak (700.000 avro) tamamlayır. Onunla eyni qiymətdə olan Bədavi Hüseynov (Qarabağ), Voyislav Stankoviç (Qəbələ), Dion Malone (Qəbələ), Stiven Jozef-Monroz (Qəbələ) müvafiq olaraq 11-14-cü pillədə qərarlaşıb. 15-ci yerdə qərarlaşan Dmitri Bezotosnının (Qəbələ) 650.000 avro, 16-17-ci yerdə duran Kiril Petrov (Neftçi) 600.000 avro və Yosep Bumun isə (Zirə) 600.000 avro qiyməti var.
“Qarabağ”ın “Trabzonspor”dan icarəyə götürdüyü Ramil Şeydayev 500.000 avro ilə 18-ci sıradadır. Son 4 sıranı 500 000 avro ilə Qara Qarayev (Qarabağ), Maksim Medvedev (Qarabağ), Famussa Kone (Qəbələ) və Faruk Miya (Səbail) tamamlayır.
Zümrüd