"Mən dəlinin rəssamı" kitabı

Əməkdar artist Elza Seyidcahanın ilk şeirlər kitabı işıq üzü görüb.

Metbuat.az-ın məlumatına görə, "Mən dəlinin rəssamı" adlı kitabı “AQAT” Təbii Daşlar Evinin sponsorluğu ilə dərc olunub.

Kitabın təqdimarı Muzey Mərkəzində baş tutub.

Kitab bir çox cəhətlərinə görə ənənəvi nəşrlərdən seçilir. Belə ki, bu nəfis kitabda toplanan şeirlər məşhur rəssam Əşrəf Heybətovun rəsmləri ilə təqdim olunur və şeirlərlə rəsmlər arasında ideal harmoniya yaradılıb.

Kitabda E.Seyidcahanın bəstələrinin notları da dərc olunub.

Həmçinin nəşrdə təbii daşlar haqqında inanılmaz faktlar yer alıb.

Bir çox məşhur insanların və media nümayandələrinin iştirak etdiyi tədbirdə sənətçinin bacısı Rasimə səhnəyə çıxaraq mahnılar səsləndirib.Qeyd edək ki, baş sponsor “AQAT” Təbii Daşlar Evi tədbir iştirakçılarına təbii daşlardan hazırlanmış maraqlı aksesuarlar hədiyyə edib.

Bunu Azərbaycanda ilk dəfə “AQAT” etdi... / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR