Məşhurların fəaliyyəti kimi şəxsi həyatları da bir çox insanlar üçün maraqlıdır. Əsas da xanım məşhurlar həmişə cəmiyyətin diqqət mərkəzində olurlar. Dünən bütün dünya xanımlarının bayramı idi.

Biz də Metbuat.az olaraq, bu münasibətlə tanınmış xanımlarımızı təbrik etdik, bayramlarının necə keçdiyini öyrəndik. Təbii ki, hansı hədiyyələri almaları ilə də maraqlandıq.

Tanınmışların 8 Mart hədiyyələri

Müğənni Afaq Aslan: “Bu bayramda çox hədiyyə gəldi. Ancaq ən çox xoşuma gələn aşiq olduğum, qəlbimin sahibi olan insanın verdiyi 101 ədəd çiçək oldu”.

Tanınmışların 8 Mart hədiyyələri

Müğənni Xuraman Şuşalı:“Yoldaşım siqareti atarsa, mənim üçün ən böyük hədiyyə olar. Ancaq bayram münasibətilə mənə gül, ətir aldı. Və ən əsası gözəl sözlər dedi”.

Tanınmışların 8 Mart hədiyyələri

Aparıcı Fizzə İsmayılova:“Bayramda çanta, gül və parfüm aldım. Ancaq mən dərilmiş gülləri sevmirəm. Onlara verilən pula da heyfim gəlir. Çünki iki gündən sonra solub gedir. İstəyərəm ki, 8 Martda mənə gül verməsinlər".

Tanınmışların 8 Mart hədiyyələri

Əməkdar artist Elza Seyidcahan bu bayramda heç bir hədiyyə almadığını söylədi.

Tanınmışların 8 Mart hədiyyələri

Deyəsən, aktrisa Pərvin Abıyeva da ürəyi istəyən hədiyyəni almayıb və buna görə də bizimlə əhvalsız danışdı. Bircə onu dedi ki, rəfiqəsi üçün qızıl-zinət əşyası alıb.

Tanınmışların 8 Mart hədiyyələri

Xalq artisti Məleykə Əsədova: “Qızımın hədiyyəsi özəl hədiyyələrdən də üstündür. Qızım çox fərqli təbrik etdi məni. Öz əlləri ilə çiçəklərdən çox gözəl kompazisiya hazırlamışdı. Bu məni çox sevindirdi.”

Elgiz efirdə üsyan etdi - "Onun atası mənəm”/ VİDEO - Oxumaq üçün tıkla