Qəzaya düşən şagirdlərlə bağlı xəstəxanadan

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 20 nəfər xəsarət alıb.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mİngəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Marketdən aldığı yumurtanın içindən görün nə çıxdı - Beləsi heç görülməyib / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR