Play Store

Qəzaya düşən şagirdlərin yenidən imtahan verməsi üçün - imkan yaradılacaq

Yevlaxda şagirdləri buraxılış imtahanına apararkən qəzaya uğrayan mikroavtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə DİM-dən trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəzayla əlaqədar rayona gedib.

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Qəzaya düşən şagirdlərlə bağlı xəstəxanadan - Açıqlama - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR