Ərdoğan Arda Turanın nikah şahidi oldu

Türkiyə millisinin və Başakşehir klubunu futbolçusu Arda Turan bu gün evlənib.

Metbuat.az Türkiyə KİV-nə istinadən məlumat verir ki, məşhur futbolçu 2 ildən çoxdur sevgili olduğu Aslıhan Doğanla ailə qurub. Mərasimdə yalnız ailə üzvləri iştirak edib.

Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb./ milli.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR