Play Store

Kamal Abdulla Macarıstan səfiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil

müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.

Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, bunun davamlı olması üçün birgə səylərin vacibliyindən danışıb.

“Səfir saatı” layihəsi haqqında məlumat verən Kamal Abdulla Viktor Sederkenyini layihə çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

ADU-da fəaliyyət göstərən mərkəzlər barədə məlumat verən rektor rəhbəri olduğu universitetdə Macarıstan mərkəzinin yaradılması təklifi ilə çıxış edib, eyni zamanda vurğulayıb ki,

Macarıstan universitetlərindən birində də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranması məqsədəuyğun olardı.

Macarsıtan universitetləri ilə əlaqənin vacibliyindən danışan Kamal Abdulla Viktor Sederkenyinin bu istiqamətdə mühüm addımlar ata biləcəyinə inamını ifadə edib.

4-5 may 2018-ci il tarixdə Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər

Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfransı haqqında danışan və dünyanın

müxtəlif ölkələrində yerləşən universitetlərdə bölmə iclaslarının keçiriləcəyini bildirən Kamal Abdulla Macarıstan universitetlərindən birininin də bu prosesdə iştirak edə biləcəyini

diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Viktor Sederkenyi səslənən təklifləri müsbət qarşıladığını bildirib, ADU-da Macarıstan Mərkəzinin,

Macarıstanda isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması istiqamətində konkret addımlar atmağın vacibliyini vurğulayıb.

Avtobus dayanacaqlarında siqaret çəkmək - QADAĞAN EDİLDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR