Futbol üzrə Azərbaycan milli komandasının Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib. Onlardan cəmi 3-ü - Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox - 6 oyunçu "Neftçi"dən çağırılıb. "Qarabağ" yığmada 5, "Sumqayıt" 4, "Qəbələ" 3, "Keşlə", "Səbail" və "Kəpəz" isə 1 futbolçu ilə təmsil olunacaq.
Onların arasında ilk dəfə dəvət olunanlar da var.
Qeyd edək ki, təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək. Martın 25-də komanda üzvləri toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Martın 27-də Antalyadakı "Mardan" stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Milliyə dəvət olunmuş futbolçuların siyahısı:
| AD, SOYAD | KLUB |
| Kamran Ağayev | Keşlə |
| Rəşad Əzizli | Neftçi |
| Səlahət Ağayev | Neftçi |
| Maksim Medvedev | Qarabağ |
| Elvin Yunuszadə | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Coşqun Diniyev | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Ruslan Abışov | Neftçi |
| Namik Ələskərov | Neftçi |
| Rəhman Hacıyev | Neftçi |
| Emin Mahmudov | Neftçi |
| Ruslan Qurbanov | Qəbələ |
| Ürfan Abbasov | Qəbələ |
| Asif Məmmədov | Qəbələ |
| Cavid İmamverdiyev | Sumqayıt |
| Tural Axundov | Sumqayıt |
| Rəşad Eyyubov | Sumqayıt |
| Amil Yunanov | Sumqayıt |
| Rahil Məmmədov | Səbail |
| Şəhriyar Rəhimov | Kəpəz |
| Araz Abdullayev | Anortosis (Kipr) |
| Pavel Paşayev | "Oleksandriya" (Ukrayna) |
| Dimitri Nazarov | "Erzgebirge Aue" (Almaniya) |
Milli.Az